AZ

Kresponun yeni iş yeri bilindi

Argentina yığmasanın sabiq hücumçusu, “İnter”də və “Çelsi”də çıxışları ilə tanınan Ernan Kresponun yeni iş yeri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, 49 yaşlı mütəxəssis yenidən Braziliyanın “San Paulo” klubunun "sükanı arxası"na keçib. 

Argentinalı mütəxəssis yeni klubu ilə 2026-cı il dekabrın 31-dək müddətə müqavilə imzalayaraq baş məşqçi kimi rəsmi fəaliyyətə başlayıb. O, uğursuz nəticələrdən sonra komandadan ayrılan Luis Zubeldianı əvəzləyib. 

Krespo üçün bu, onun "San Paulo"dakı ilk təcrübəsi deyil: argentinalı artıq 2021-ci ildə sözügedən komanda ilə çalışıb və yaddaqalan nəticələrə imza atmağı bacarıb. Onun rəhbərliyi altında komanda finalda “Palmeyrası” məğlub edərək, San-Paulu ştatının çempionluğunu qazanıb. Kresponun rəhbərliyi altında komanda 53 matça çıxaraq 24 dəfə qalib gəlib və 10 məğlubiyyət alıb. 

Mirağa

Seçilən
4
fanat.az

1Mənbələr