AZ

Bu gün TDT ölkələrinin Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması barədə Əsasnamə imzalanacaq

Bu gün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması barədə Əsasnamə imzalanacaq.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraların Sədrlərinin 3-cü iclasında Azərbaycan Ali Məhkəməsinin sədri İnam Kərimov deyib.

O bildirib ki, bu təşəbbüs ilk dəfə 2024-cü ilin may ayında İstanbulda keçirilən görüşdə irəli sürülüb və yüksək qiymətləndirilib:

"Bu gün həmin təşəbbüs konkret hüquqi əməkdaşlığımızın institutlaşması istiqamətində önəmli bir addımdır. Hesab edirəm ki, Əsasnamənin imzalanması ilə tərəfdaş dövlətlər arasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığın hüquqi əsası yaradılacaq. Bu çərçivədə birgə layihələrin icrası, elmi-tədris proqramlarının təşkili, hakimlərin etik və peşəkar hazırlığı, ortaq hüquqi tədqiqatların aparılması və davamlı təcrübə mübadiləsi üçün etibarlı bir platforma formalaşdırılacaq".


"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraların Sədrlərinin 3-cü iclasında Azərbaycan Ali Məhkəməsinin sədri İnam Kərimov deyib.

Seçilən
7
3
report.az

10Mənbələr