AZ

Dünən meyiti tapılan Ümid Elgünlə eyni məktəbdə oxuyurmuş

Xəbər verdiyimiz kimi, dünən Gəncə şəhəri "Mahsara bağları" adlanan ərazidəki avtomobil təmiri sexində 15 yaşlı oğlanın meyiti tapılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, dünyasını dəyişən Ümid Niftəliyev Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi imiş.

Onun təmir sexində qardaşının yanında usta köməkçisi kimi işlədiyi və orada müəmmalı şəraitdə öldüyü bildirilib.

Hadisə ilə bağlı şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ötən ay Gəncədə istifadəsiz qalmış binadan yıxılaraq ölən 18 yaşlı Elgün İbrahimov da sözügedən məktəbdə təhsil alırdı.

Vəfat edən məktəblinin fotosunu təqdim edirik:

Milli.Az

Seçilən
0
25
milli.az

10Mənbələr