Qeyd olunan Trump-FES gərginliyi Trumpı neft qiymətlərinin aşağı salınması üçün daha kəskin və sürətli addımlar atmağa sövq edəcək. Çünki, yuxarı faizlər ABŞ büdcəsi üçün faiz xərclərinin yüksək qalması, büdcə kəsirinin isə artması (vergilər də azaldılır) deməkdir ki, bu da Trump üçün risklidir. FES üçün daha praqmatik addım faizlərin 0.25%-0.5% düşürülməsi olar. Lakin, Trumpı bu qədər düşürülmə qane etmir. Trump ən azı 1-1.5% düşürülmə gözləyir. Əslində, 0.25%-0.5% düşürülməsi ciddi risklər yaratmaz, bu az səviyyədə düşürülmə Trumpı qane etməsə də.
ABŞ Yaxın Şərqə böyük miqdarda qoşun, təyyarə və hərbi gəmilər toplayır. Əlavə 5 hərbi gəmi gəlməkdədir. Sonuncu dəfə bu qədər qoşun İraq müharibəsi zamanı toplanmışdı. Avropa İttifaqı xarici sərhədlərini bağlayır ki, bu da gözlənilən qaçqın axınının qarşısını almaq və mümkün terror aktları risklərini minimallaşdırmaq məqsədini güdür.
İranla bağlı məsələ demək olar ki, aydındır. Burada baş verəcəklər sürpriz deyil. Hadisələr növbəti günlərdə daha sürətli və kəskin şəkildə cərəyan edəcək. Burada sürpriz olacaq məsələ o olar ki, İsrail fasilə vermədən, nəfəs almadan növbəti mərhələyə keçsin. Görünən isə odur ki, növbəti mərhələdə ABŞ ya birbaşa, ya da dolayı yolla (aktiv müdafiə mövqeyində) daha ön planda iştirak edəcək".
Alim Hüseynli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31