Klublararası dünya çempionatının ilk turu çərçivəsində keçirilən “Paçuka” - “Zalsburq” oyununda hava şəraiti ilə əlaqədar saatyarımlıq fasilə yaranıb.
Publika.az xəbər verir ki, Sinsinnati şəhərində baş tutan matçın 55-ci dəqiqəsində, hesab Avstriya klubunun xeyrinə (1:0) olarkən, güclü yağış və fırtına xəbərdarlığı səbəbilə görüş dayandırılın. Qısa müddət sonra başlayan leysan səbəbindən fasilə uzadılıb.
Oyunun bərpasından bir neçə dəqiqə sonra “Paçuka” bərabərlik qolunu vurub – 1:1. Lakin “Zalsburq” matçdan qalib ayrıla bilib - 2:1.