AZ

Putin İsrail-İran münaqişəsindən danışdı

"İran və İsrail arasındakı münaqişədən mümkün çıxış yolu iki tərəfin maraqlarını nəzərə almaqdır.

Milli.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.

O bildirib ki, bu həll yolu həm İranın dinc nüvə fəaliyyətinə olan maraqlarını təmin etməli, həm də İsrailin qeyd-şərtsiz təhlükəsizliyi baxımından maraqlarını təmin etməlidir.

V.Putin xatırladıb ki, İranda siyasi proseslərin bütün mürəkkəbliyinə baxmayaraq, cəmiyyətin ölkə rəhbərliyi ətrafında konsolidasiyası baş verir. O, həmçinin bildirib ki, raket zərbələrinə baxmayaraq, İranda yeraltı zavodlar hələ də mövcuddur və onlara heç nə olmayıb.

"Rusiya öz növbəsində İrana dinc atom proqramının inkişafında kömək etməyə hazırdır", - deyə Rusiya lideri əlavə edib.

Milli.Az

Seçilən
9
4
milli.az

5Mənbələr