AZ

SpaceX Starship in sınağı zamanı güclü PARTLAYIŞ

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün "SpaceX Starship"in Texasdakı sınağı zamanı güclü partlayış olub və yanğın meydana gəlib. 

BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. 

"SpaceX" raketi sınaq zamanı ətrafa alov saçmağa başlayıb. Bu zaman yer üzündə nəhəng bir alov topu görünüb.

"Bu sınaq həyata keçirilərkən sahənin ətrafında təhlükəsizlik təmin edilib və bütün personalın təhlükəsizliyi qorunub" - deyə "SpaceX bu barədə açıqlama verib. 

"ValleyCentral"ın yaydığı məlumata görə, ərazidəki sakinlər güclü partlayışdan pəncərələri və qablarının sındığını qeyd edib. 

Tezliklə hadisə yerinə yanğınsöndürənlər göndərilib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
baku.ws

2Mənbələr