Rusiya vətəndaşları Ermənistan ərazisindən keçməklə İranı quru yolu ilə tərk edə bilər.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistandakı Rusiya səfirliyi məlumat yayıb.
"Biz Rusiya vətəndaşlarının İran-Ermənistan sərhədindəki "Norduz"/"Agarak" sərhəd-keçid məntəqəsi vasitəsilə quru yolu ilə İranı tərk edərək Ermənistana əlavə imkanlar barədə məlumat veririk", - diplomatik missiyanın "Telegram" kanalında yaydığı bəyanatda deyilir.
Səfirlik əlavə edib ki, İran və Ermənistan arasındakı sərhəd Rusiya vətəndaşları üçün açıqdır, etibarlı xarici və ya daxili pasportlarla keçid pulsuzdur, əvvəlcədən xəbərdarlıq tələb olunmur.
Telegram kanalımız