AZ

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

BAKI, TurkicWorld

Yaponiyanın şimalında 6,1 bal gücündə yeraltı təkan qeydə alınıb.

TurkicWorld xəbər verir ki, Yaponiyanın Hokkaydo adası sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 08:08-də Nemuro yarımadası yaxınlığında qeydə alınıb.

Yeraltı təkan çox dayaz dərinlikdə baş verdiyindən ətraf ərazilərdə aydın hiss olunub. NHK dövlət televiziyasının xəbərinə əsasən, hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb.

Zəlzələnin ardından Yaponiya Meteorologiya Agentliyi sahilboyu gelgit səviyyəsinə 20 santimetrdən az təsir göstərə biləcəyini qeyd edib. Hazırda bölgədə ciddi sunami təhlükəsi olmadığını bildirən rəsmi qurumlar vəziyyəti izləməkdə davam edir.

Qeyd edək ki, Yaponiya dünya üzrə ən aktiv seysmik zonalardan biri sayılır və ölkədə bu kimi təkanlara qarşı ciddi infrastruktur tədbirləri mövcuddur.

Seçilən
1
turkic.world

1Mənbələr