AZ

Fuzuli Aydoğdu: Biz bu gün təkcə sənədə deyil, qardaşlığa imza atırıq

BAKI, 19 iyun. TELEQRAF

Biz bu gün burada bir mətnə imza atmırıq, həm də qardaşlığımızı daha da yaradılacaq şəbəkə bizim qurumlarımız arasında ortaq problemlərin həlli yollarının tapılması üçün mühüm platforma olacaq.

Teleqraf xəbər verir ki, Türkiyə Cümhuriyyətinin Hakimlər və Prokurorlar Şurasının sədri vəzifələrini icra edən Fuzuli Aydoğdu Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, ortaq tariximizin bizə verdiyi məsuliyyət və gələcək nəsillərə ötürüləcək ədalət mirası bizi birləşdirən əsas faktorlardır:

"2024-cü ilin mayında İstanbulda keçirilən iclasda ümumi bir şəbəkənin yaradılması qərara alındı, daha sonra isə onun əsasnaməsi hazırlandı.

2021-ci ildə qəbul edilən "Türk Dünyası 2040" sənədi digər parametrlərlə bərabər hüquq və ədalət sahəsində əməkdaşlığın genişləndirilməsini şərtləndirib. Məhkəmə sistemi hakimiyyətin təməl daşıdır eyni zamanda biz güclü və tərəfsiz məhkəmə sisteminin qurulmasına cavabdehlik daşıyırıq".

Seçilən
5
teleqraf.com

1Mənbələr