Payızda "Qarabağ" Futbol Akademiyasından bir qrup uşaq İtaliyaya gedəcək.

Rekord.az xəbər verir ki, həmin uşaqlar bir müddət "Udineze" klubunun futbol akademiyasında qalacaq və oradakı məşqlərdə iştirak edəcək.

Artıq İtaliyaya gedəcək futbolçuların siyahısı da "Qarabağ" klubuna göndərilib. İtaliyanlar həmin futbolçuları "Qarabağ"ın göndərdiyi disklərə əsasəm seçiblər.