Hurriyyet.az xəbər verir ki, SAXAL İranın ağır su istehsal edən zavodun ərazisinə hücum edib.
"Nur Nyus" (Nour News) agentliyinin məlumatına görə, Arakda İranın nüvə obyektlərinin yerləşdiyi rayon İsrailin hücumlarına məruz qalıb. Arakda nüvə kompleksi, o cümlədən ağır su istehsal edilən zavod yerləşir. Zavodun yaxınlığında, Xondab bölgəsində ağırsulu reaktor mövcuddur. İran mətbuatı bu reaktora da hücumlar edildiyini xəbər verib.
İranın IRIB dövlət teleradio şirkəti ağır su reaktorunun yaxınlığına yerli vaxtla səhər saat 6 radələrində zərbələr endirildiyini, iki raketin obyektə doğru uçduğunu, digər hissəsinin isə hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirmişdi. İRİB-in məlumatına görə, ciddi dağıntı olmayıb.
ISNA" xəbər agentliyinin məlumatında deyilir: "Səlahiyyətliləron açıqlamasına görə, obyekt əvvəlcədən təxliyə edilib və sızma baxımından heç bir təhlükə yoxdur".
Hürr Tərcüman