AZ

F-16 təyyarələrinin ilk alıcıları: Düşmən olan İsrail və İran…

F-16 təyyarələri 1970-ci illərdə istehsal olundu. ABŞ ordusuna ilk dəfə 1978-ci ildə verildi. Sonra iki xarici müştəri çıxdı: İran və İsrail.

Lakin o zaman Vaşinqton Yaxın Şərqdə balanslı siyasət yürütməyə çalışırdı və İsrailə son model təyyarə satmağa həvəsli deyildi. İranın sifarişi isə qəbul olundu. Ümumiyyətlə, o zaman İran aviasiyası regionda ən güclülərdən idi, F-16 aldıqdan sonra hamıdan güclü olacaqdı.

Amma sifariş yerinə yetirilənə qədər İranda şahı devirdilər, İslam Respublikası quruldu və ABŞ ən böyük düşmən elan edildi. Səfirliyə hücum baş verdi, diplomatlar girov götürüldü. ABŞ da İran üçün istehsal olunan təyyarələrin əlində qaldığını görüb 1980-ci ilin yayında İsrailə satdı.

Bu, yəhudilər üçün göydəndüşmə fürsət oldu. Çünki İraqın Osirak atom reaktorunu bombalamaq istəsələr də, ixtiyarlarında olan F-4 və “Skyhook” təyyarələri ilə məsafə baxımından bunu etmək mümkün deyildi. F-16 alandan sonra isə 1981-ci il iyunun 7-də “Opera” əməliyyatı keçirib reaktoru bombaladılar.

İran aviasiyası isə bir yandan şah dövrününün pilotlarına qarşı repressiyalar, bir yandan da təyyarələrin köhnəlməsi və ABŞ-ın embarqosu nəticəsində ehtiyat hissələr əldə edə bilməməsi üzündən tənəzzül etdi.

Yadigar Sadıqlı

Seçilən
6
veteninfo.az

1Mənbələr