AZ

Fuzuli Aydoğdu: Əsasnamə institutlarımız arasında kommunikasiya və müzakirə platforması olacaq

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 19 iyun, AZƏRTAC

2023-cü ilin noyabr ayında Azərbaycan və Özbəkistana etdiyimiz səfərlər məhkəmə sahəsində əməkdaşlıq prosesini yenidən canlandırmaq baxımından əhəmiyyətli mərhələ oldu. Ardınca 2024-cü ilin mayında İstanbulda ikinci böyük toplantımızı keçirdik. Bu toplantıda Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması ilə bağlı razılıq əldə edildi və həmin il dekabr ayında texniki komanda tərəfindən layihə hazırlanmağa başlandı. Bu gün artıq həmin səylərin bəhrəsini almaq üçün buradayıq.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının sədri vəzifəsini icra edən Fuzuli Aydoğdu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Məhkəmə Şuraları sədrlərinin 3-cü iclasında çıxış edərkən deyib.

Fuzuli Aydoğdu qeyd edib ki, TDT-nin Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması yalnız bir sənədin imzalanması deyil, həm də ortaq hüquqi baxışın, qardaşlıq üzərində qurulmuş əməkdaşlığın və uzunmüddətli ədalət anlayışının təsdiqidir: "Bu şəbəkə sadəcə koordinasiya strukturu deyil, həm də məhkəmə etikası, xüsusi araşdırmaların paylaşılması və qarşılıqlı təcrübə mübadiləsi sahələrində əməkdaşlığımızı gücləndirəcək. Bu gün imzalanan TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi institutlarımız arasında kommunikasiya və müzakirə platforması olacaq, ortaq problemlərə birgə həll yolları tapmaq üçün faydalı bir mexanizm rolunu oynayacaq. Eyni zamanda, məhkəmə sisteminin şəffaflığı və müstəqilliyi kimi beynəlxalq prinsiplərin gücləndirilməsi, Türk dünyasında ədalət platformalarının qlobal səviyyədə tanınmasına xidmət edəcək. Qeyd etməliyəm ki, 2021-ci ildə qəbul edilmiş "Türk Dünyası 2040" sənədi bizə xüsusi ilham verib. Bu sənəd sadəcə siyasi və iqtisadi hədəfləri müəyyənləşdirməyib, eyni zamanda, hüquq və ədliyyə sahəsində əməkdaşlığın gücləndirilməsini hədəf olaraq şərtləndirib. Bu gün bu hədəfin konkretləşdirilməsinə birlikdə şahidlik edirik. Məhkəmə sistemi hakimiyyətin təməl daşıdır. Biz hamımız bu təməl daşın güclü olmasına cavabdehik. Güclü, tərəfsiz bir məhkəmə sistemi xalqların ədliyyə sisteminə olan inamını gücləndirəcək. Bu gün atdığımız addım texniki əməkdşalıq deyil, həmçinin xalqlarımızın hüquqa olan inamını gücləndirən qardaşlıq müqaviləsidir. Bu nöqteyi-nəzərdən TDT çərçivəsində bu günə kimi formalaşdırılan və nail olduğumuz əməkdaşlıqlarımız mövcuddur. Bu nailiyyətləri indi hüquq sahəsində də əldə etməliyik", - deyə Fuzuli Aydoğdu diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
azertag.az

2Mənbələr