AZ

Azərbaycanda bu avtomobili 1.2 milyon manata satışa çıxarıblar - FOTO

Ölkənin avtomobil bazarında diqqətçəkən satış elanlarından biri yayımlanıb. 

Avtosfer.az xəbər verir ki, 2025-ci il istehsalı olan "Rolls-Royce Ghost" markalı lüks avtomobilin 1 milyon manat qiymətlə satışa çıxarıldığı bildirilir. Məlumat ölkədə fəaliyyət göstərən elan saytlarından birində yerləşdirilib.

Avtomobilin mühərriki 6.7 litrlik benzinlə işləyən güclü motordur, və tamamilə yeni vəziyyətdə olduğu vurğulanır. Bu da onu ölkədə satışda olan ən bahalı fərdi avtomobillərdən birinə çevirir.

Qeyd edək ki, “Rolls-Royce” markası dünyada lüks, komfort və texnoloji üstünlükləri ilə tanınır. “Ghost” modeli isə həm klassik dizaynı, həm də yüksək səviyyədə səssizliyi və sürüş rahatlığı ilə seçilir.

Eltac Zülfüqaroğlu

Seçilən
30
1
avtosfer.az

2Mənbələr