AZ

Zelim Kotsoyev ardıcıl dördüncü dünya çempionatında medal qazanır

Azərbaycan cüdoçusu Zelim Kotsoyev ardıcıl dördüncü dünya çempionatında fəxri kürsüyə qalxıb.

İdman.biz xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionu Budapeştdə mövsümün əsas startında dördüncü medalını qazanıb.

O, bürünc uğrunda mübarizədə cənubi koreyalı Seheon Kim qalib gələrək fəxri kürsüyə yüksəlib.

Beləliklə, ardıcıl dörd dünya çempionatı Zelim üçün məhsuldar olub. Seriya 2022-ci ildə Daşkənddə başlayıb: orada bürünc medal qazanıb, növbəti il Dohada həmin nəticəni təkrarlayıb, 2024-cü ildə isə Abu Dabidə çempion titulunu qazanıb. İndi də Budapeştdə yenidən bürünc mükafatçı olub.

İdman.biz

Məqalədə:
Seçilən
0
idman.biz

1Mənbələr