AZ

Bakıda polisə silahlı müqavimət göstərən şəxsin məhkəməsi başladı

BAKI, 19 iyun. TELEQRAF

Bakını Binəqədi rayonunda polisə silahlı müqavimət göstərməkdə və narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən 1986-cı il təvəllüdlü Ceyhun Aslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, əvvəldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilib. O bildirib ki, orta məktəb oxumayıb, yazıb-oxumağı bacarmır.

Təqsirləndirilən şəxs iş materialları ilə tanış olmayıb. Bildirib ki, ona için bağlanması ilə bağlı müstəntiq imza etdirib, ona işlə tanış olması ilə bağlı izah edilməyib.

Ceyhun Aslanov bildirib ki, müstəntiqin yanında vəkili Vahid Məmmədov da olub: "Vəkili vəzifəsi mənə işdə olan sənədləri izah etməyib. Buna görə də mənim hüquqlarım izah etməyib. İşin məzunu barədə mənə bir söz deməyib. Vəkil dedi ki, imza et, hər şey yaxşı olacaq. Qoca kişi idi, tez-tez çölə çıxırdı. Deyirdi ki, şəkərinəm var".

Daha sonra hakim təqsirləndirilən şəxsə hüquq və vəzifələrini izah edib.

Sonra təqsirləndirilən şəxsə dövlət hesabına təyin olunmuş Nərgiz Abdullayeva təqdim olunub. O, vəkilə etiraz etməyib.

Daha sonra hakim bildirib ki, təqsirləndirilən şəxsə ittiham aktını və digər sənədlər təqdim olunacaq, ona işlə tanış olmaq üçün şərait yaradılacaq. Hakim təqsirləndirilən şəxsə vəkili ilə birlikdə işlə tanış olmasını məsləhət görüb.

Növbəti proses iyulun 3-də davam edəcək.

Qeyd edək ki, bu ilin yanvarın 28-də Bakı şəhərində narkotiklə əlaqəli cinayətlərə görə axtarışda olan şübhəli şəxs saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq olunmaqla, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Aslanov Ceyhun zərərsizləşdirilərək xəstəxanaya yerləşdirilib.

Onun yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkarlanıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs maşın ustası olub.

Seçilən
1
1
teleqraf.com

3Mənbələr