Bakıda prokuror köməkçisi vəfat edib.
Moderator.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda qeyd edilir ki, Xəzər rayon prokurorunun köməkçisi, 1971-ci il təvəllüdlü Mahmudağa Mahmudzadə dünən vəfat edib.
M.Mahmudzadə uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, dünən günorta saatlarında dünyasını dəyişib.