AZ

KİV: İran Soroka xəstəxanasının altında yerləşən gizli hərbi bazanı vurub

İran Silahlı Qüvvələri İsrailin Beyr-Şeva şəhərində yerləşən Soroka xəstəxanasının altındakı gizli hərbi bazaya zərbə endirib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı İran mediası yayıb və müvafiq görüntüləri dərc edib.

İran bu gün səhər saatlarında İsrail ordusunun “C4I” adlı kiberkomandanlıq qərargahına və Qav-Yamda yerləşən hərbi kəşfiyyat mərkəzinə hücum edib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı İranın rəsmi xəbər agentliyi IRNA yayıb.

Agentliyin məlumatına görə, həmin ərazidə minlərlə hərbçi olub, onlar kəşfiyyat məlumatlarının işlənməsi və kiberəməliyyatlara cavabdeh idilər.

Qeyd edilir ki, Qav-Yamdakı kəşfiyyat mərkəzi “Soroka” xəstəxanasının yaxınlığında yerləşir. Bildirilib ki, partlayış dalğası xəstəxanaya da təsir etsə də, obyekt ciddi zərər görməyib. Eyni zamanda, hərbi infrastruktur dəqiq zərbə ilə vurulub.

İran atdığı raketin Beyr-Şevanın mərkəzindəki Soroka xəstəxanasının binasına düşməsi nəticəsində 40 nəfər xəsarət alıb.

Busaat.az bu barədə “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir.

Bundan əlavə, İranın atdığı raketlər Təl-Əvivin şərqində yerləşən Ramat-Qan şəhərindəki İsrail Fond Birjasının binasını da vurub.

İran atdığı raketin Beyr-Şevanın mərkəzindəki Soroka xəstəxanasının binasına düşməsi nəticəsində 30 nəfər xəsarət alıb.

Busaat.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

İsrail mətbuatı yazır ki, İran İsrailə 30-a yaxın raket atıb. Raket qalıqlarının hissələri Təl-Əvivin rayonlarına düşüb, bir neçə nəfərin yaralandığı qeyd olunur.

İran raketləri Təl-Əvivə düşüb. Partlayışlar nəticəsində xəsarət alanların olduğu bildirilir.

Busaat.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” İsrail təcili yardımına istinadən məlumat yayıb.

Raketlərdən biri Soroka xəstəxanasına düşüb.

İsrail ordusu İrandan atılan raketləri zərərsizləşdirir.

Busaat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat verib.

Seçilən
4
busaat.az

1Mənbələr