Zabuxçay su anbarının tikintisinin praktiki nəticələri artıq özünü göstərir. Bu il Zəngilan və Qubadlı rayonlarının ərazisində yerləşən aqroparkların ümumilikdə 2900 hektar əkin sahəsi Zabuxçay su anbarından suvarma suyu ilə təmin edilib.
Teleqraf-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev Zabuxçay su anbarına təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
“Bu layihə regionun aqrar inkişafında mühüm rol oynamaqla yanaşı, əhalinin rifahının yüksəldilməsi və kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımındanda əhəmiyyətli töhfə verir”.