AZ

Sərsəng su anbarı təmir ediləcək

BAKI. 19 iyun. TELEQRAF

Sərsəng su anbarının təmir-bərpası ilə bağlı texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanması tamamlanmaq üzrədir.

Teleqraf-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev Zabuxçay su anbarına təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, su anbarının həcmi 565 milyon kubmetrdir və enerji və suvarma təyinatlıdır.

Anbarın bərpası ilə Ağdərə, Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy və Yevlax rayonlarında 96 min hektar sahə suvarma suyu ilə təmin ediləcək.

Qeyd edək ki, Sərsəng su anbarı Mingəçevir su anbarından sonra respublika üzrə ikinci ən böyük anbardır.

Seçilən
37
3
teleqraf.com

4Mənbələr