AZ

"Wizz Air Abu Dhabi" Qəbələdən Əbu-Dabiyəbirbaşa aviareyslər açıb

Bakı. Trend:

“Wizz Air Abu Dhabi” aviaşirkəti rəsmi olaraq QəbələdənƏbu-Dabiyə ilk birbaşa reys açaraq, öz Azərbaycandakı fəaliyyətinigenişləndirib və bu marşrut üzrə uçuşlar həyata keçirən yeganəloukoster-aviadaşıyıcıya çevrilib.

Trend xəbər verirki, Qəbələ, Bakından sonra “Wizz Air”in Azərbaycanda ikinciistiqaməti olub. Uçuşlar həftədə üç dəfə – çərşənbə axşamı, cüməaxşamı və şənbə günləri həyata keçirilir. Bir istiqamət üzrə biletqiymətləri 24,99 ABŞ dollarından başlayır. Biletləri aviaşirkətinrəsmi saytından və mobil tətbiqindən əldə etmək mümkündür.

Şirkət bildirir ki, yeni marşrut nəqliyyat əlçatanlığınıyaxşılaşdıracaq, turizmin inkişafına dəstək verəcək və Azərbaycanilə Birləşmiş Ərəb Əmirlikləri arasında mədəni mübadiləyə töhfəvermiş olacaq.

“Wizz Air”in kommersiya şöbəsinin rəhbəri Tamara Vallua qeydedib ki, birbaşa hava rabitəsinin açılması regionda iqtisadi artımüçün əlavə imkanlar yaradacaq və Azərbaycanın şimal bölgələri iləƏbu-Dabi arasında səfərləri asanlaşdıracaq.

Məqalədə:
Seçilən
8
1
az.trend.az

2Mənbələr