AZ

İsrail dayanana qədər cavab verəcəyik - İran

BAKI, TurkicWorld

Hücumlar dayanana qədər İsrailə cavab veriləcək.

TurkicWorld xəbər verir ki, İranın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi səfir Əli Bəhreyni İsrailin İrana qarşı başlatdığı hücumlarla bağlı mövqeyini açıqlayıb.

O bildirib ki, İran hücumlara qətiyyətlə cavab verir və bu cavablar hücumlar dayanana qədər davam edəcək.

“Təhlükəsizliyimiz və sabitliyimiz üçün lazım olduğu qədər İsrailin hücumlarına qarşı tədbir görməyə davam edəcəyik.” - deyə Bəhreyni açıqlamasında vurğulayıb.

O, hadisələrin gələcək gedişatı ilə bağlı proqnoz vermək istəmədiyini desə də, İranın xalqını qorumaq öhdəliyinə sadiq olduğunu bildirib. “Silahlı qüvvələrimiz təcavüz dayanana qədər cavab verməkdə qərarlıdır. Bu səbəbdən əməliyyatlarımız lazım gəldiyi müddətdə davam edəcək.” - deyə o qeyd edib.

İranın BMT-dəki səfiri həmçinin vurğulayıb ki, bölgədəki digər ölkələr də İsrailin hücumlarını qınayır və İranla həmrəylik nümayiş etdirirlər. “Bu təhlükə təkcə İrana yox, bütün bölgəyə yönəlib. Odur ki, region ölkələri bu təcavüzün qarşısını almaqda maraqlıdır və qərarlıdır.” - deyə o vurğulayıb.

“Hərbi və müvafiq orqanlarımız vəziyyəti qiymətləndirir. İsrailin reaksiyası nədən ibarət olursa olsun, cavabımız təsirli və məqsədəuyğun olacaq.” - deyə Əli Bəhreyni ABŞ-ın mövqeyini və hərəkətlərini yaxından izlədiklərini də bildirərək qeyd edib.

Seçilən
1
turkic.world

1Mənbələr