AZ

Kainatın “itkin maddəsi” tapıldı

News24 saytına istinadən ain.az xəbər verir.

Kozmoloji modellərin düzgün işləməsi üçün kainatda görünə bilən hər şeyi təşkil edən maddənin müəyyən bir miqdarda olması lazımdır. Lakin indiyə qədər bu maddənin yalnız üçdə biri müşahidə edilib, qalanı isə “itkin” olaraq qalıb.

News24.az xəbər verir ki, son araşdırmalara əsasən, Avropa Kosmik Agentliyinin (ESA) mütəxəssisləri bu sirrin izinə düşdüklərini bildiriblər.

Alimlərin fikrincə, bu itkin maddə kainatın dərinliklərinə doğru uzanan, təxminən 10 milyon dərəcə istiliyə malik olan nəhəng qaz buludlarında yerləşir.

Onu da qeyd edək ki, 23 milyon işıq ilindən daha uzun olan bu kosmik zolaq, Samanyolu qalaktikasından 10 dəfə artıq maddə ehtiva edir.

Günel Məlikzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
news24.az

2Mənbələr