AZ

Simonyan parlamentdə daşnaklara və Koçaryana çağırış etdi

Ermənistan parlamentində növbəti dəfə siyasi qalmaqal yaşanıb. Belə ki, bu gün Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan müxalifətçi deputatların sərt çıxışlarına cavab verməli olub. O, bildirib ki, heç kimin kilsə ilə, dinlə problemi yoxdur: “Kilsəni Ktrij Nersisyan və ya onun əmisi ilə eyniləşdirmək ədalətsizlikdir. Kilsədə çox ləyaqətli insanlar da var. Lakin bu adamlar hazırda kilsədə girov statusundadırlar. Kilsə hamımızın kilsəsidir və buna heç bir şübhə yoxdur. Amma böhtan atan insanlar bu sahədən getməlidir və mən də əminəm ki, onlar gedəcəklər”.


O, ordu ilə bağlı çıxışlarından danışaraq xidmət illərini də xatırladıb: "Ac hərbçilər gecələr kənara çıxıb yemək axtarmaq məcburiyyətində qalırdılar. Mən hələ adi içməli su, çimməyi demirəm. Hardadır bu dollar milyonçuları? (Keçmiş hakimiyyəti nəzərdə tutur-red.) Gəlsinlər və mənə cavab versinlər. Adi duanı bilməyən, amma din adı altında böyük hay-küy salan o adamlar haradadır?". Daha sonra Simonyan zala üzünü tutaraq keçmiş prezident, hərbi cani Robert Koçaryanın oğlu Levon Koçaryan və İşxan Saqatelyanla (Daşnaksütyun təmsilçisi-red.) bağlı maraqlı çağırış edib. O, parlamentdə olmayan Saqatelyanla Koçaryanı zala, iclaslara qayıtmağa çağırıb: “Burada onlara heç kim heç nə etməyəcək. Qayıtsınlar, ayıbdır, sessiyalar bitir”.


Tural

Seçilən
0
news365.az

1Mənbələr