AZ

Sabah hava əsasən yağmursuz keçəcək

 

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycanda iyunun 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi ilə əsəcək. Havanın temperaturu gecə 19-22, gündüz 26-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 20-21, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu 18-23, gündüz 30-35, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

 

 

Seçilən
16
49
azertag.az

10Mənbələr