AZ

Tərtərçay Sağ Sahil magistral suvarma kanalı bərpa ediləcək

"Tərtərçay Sağ Sahil magistral suvarma kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanıb. Kanalın icrası ilə Ağdam, Bərdə, Tərtər, Ağdərə və Ağcabədi rayonlarının 67 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək".
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev Zabuxçay su anbarına təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
 
O bildirdi ki, sənədlər ekpertizaya təqdim edilib.
 
Qeyd edək ki, kanalın su mənbəyi Suqovuşan su anbarıdır. Magistral kanalın uzunluğu 51 kilometr (layihə üzrə 68,4 km), suburaxma qabiliyyəti isə saniyədə 50 kub metrdir.
 
Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü ilin oktyabr ayının 15-də Tərtər rayonunda Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib. su anbarının həcmi 5,86 milyon kubmetrdir. Anbardan çıxan magistral kanalın uzunluğu 5,2 kilometr, suburaxma qabiliyyəti idə saniyədə 70 kubmetrdir.
 
Anbarın bərpası işlərinin yekunlaşması ilə Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam və Ağcabədi rayonlarının ümumilikdə 96 min hektara yaxın əkin sahəsinin etibarlı su mənbəyi yaradılıb.
Seçilən
22
2
moderator.az

3Mənbələr