Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ Mərkəzi Komandanlığının "Gorilla" ləqəbi ilə tanınan rəhbəri general Erik Kurilla Pentaqonda "nadir geniş səlahiyyətlərə" malikdir və İran siyasətində "səssiz", lakin həlledici rol oynayır.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Politico" nəşri hərbi rəsmilərə istinadla yayıb.
Qeyd edilir ki, general Pentaqon rəhbəri Pit Heqsetdən böyük səlahiyyətlər alıb.
Mənbələr bildirirlər ki, "Gorilla" Pentaqonun digər yüksəkvəzifəli rəsmilərinin qərarlarını ləğv edir, prezidentlə daha çox vaxt keçirir və bütün tələblərinə - hava daşıyıcılarının sayının artırılmasından tutmuş bölgədə döyüş təyyarələrinin yerləşdirilməsinə qədər - təsdiq alır.
Bir rəsmi isə qeyd edib ki, Kurilla nə istəyirsə, onu almağı çox yaxşı bacarır.
Bəzi rəsmilər Kurillanın nüfuzunu onun əvvəllər Yaxın Şərqdə vəziyyətə nəzarət edən döyüş komandanlığına rəhbərlik etməsi ilə əlaqələndirirlər.
Pentaqon sözçüsü Şon Parnell isə bildirib ki, Heqset bütün komandirlərə eyni səlahiyyətləri verir, komandanlığı mərkəzləşdirmir və onların real təcrübəsindən istifadə edir.
Əvvəllər "Bloomberg" xəbər vermişdi ki, ABŞ-nin yüksəksəviyyəli rəsmiləri, o cümlədən bir neçə federal idarənin rəhbərləri yaxın günlərdə İrana zərbə endirilməsinə hazırlaşırlar. Agentliyin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın müttəfiqləri ona İranın nüvə silahının əldə olunmasına çox yaxın olması barədə məlumat veriblər.
Bundan sonra Trampın ritorikası kəskin dəyişib, o, İsrail-İran münaqişəsinə hərbi müdaxiləni istisna etmir və ona təqdim olunan İrana zərbə planlarını ilkin olaraq qəbul edib. Respublikaçı lider bildirib ki, əgər İran nüvə silahı əldə edərsə, bütün dünya partlayacaq. Tramp İrandan "şərtsiz təslim olmağı" tələb edib və bunu "son ultimatum" adlandırıb.
Bir qrup demokrat senator isə bəyan edib ki, ABŞ prezidenti ölkəni müharibəyə cəlb etməzdən əvvəl Konqreslə məsləhətləşməli və icazə almalıdır. Onlar Ağ Evdən planlaşdırılan hərbi əməliyyatın məqsədləri və xərcləri barədə hesabat tələb ediblər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.