AZ

Xaricə gedən Azərbaycan turistlərin sayı artlb, ölkəyə gələnlərin isə azalıb - Mərkəzi Bank

2025-ci ilin birinci rübündə Azərbaycanın turizm xidmətləri üzrə ümumi dövriyyəsi illik müqayisədə 8,8 % artaraq 751,9 milyon ABŞ dollarına çatıb. Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb.

Dövr ərzində 380,5 milyon dollarlıq turizm ixracı və 371,4 milyon dollarlıq idxal qeydə alınıb. Nəticədə 9,1 milyon dollar müsbət saldo yaranıb.

Məlumata görə, xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 0,7 %, ölkəyə gələn xarici turistlərin sayı isə 1,1 % azalıb.

Turizm xidmətlərinin 79,2 %-i şəxsi səfərlərlə bağlı olub.

Ötən il qeyri-neft sektorunda qeyri-rezidentlərə göstərilən tikinti xidmətləri 12,5 dəfə azalaraq 0,4 milyon dollar, digər işgüzar xidmətlər isə 61 % artaraq 0,5 milyard dollar təşkil edib.

N.Təbrizli

Seçilən
4
1
anews.az

2Mənbələr