ain.az xəbər verir, News24 saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trampa məxsus, nüvə hücumlarına davamlı E-4B “Nightwatch” təyyarəsi, İranla bağlı ehtimal edilən hərbi əməliyyat müzakirələri fonunda Vaşinqton yaxınlığına eniş edib. Bu təyyarə, fövqəladə hallar zamanı ABŞ Prezidenti və yüksək rütbəli hərbi rəhbərlərin təhlükəsizliyi üçün xüsusi olaraq hazırlanıb.
News24.az haberler-ə istinadla xəbər verir ki, Trampın Ağ Evdə keçirdiyi fövqəladə iclasdan bir neçə saat sonra təyyarə Luizianadan havalanaraq gecə saatlarında Merilenddəki Joint Base Andrews hərbi bazasına enib. Təyyarənin qeyri-adi uçuş marşrutu və istifadə olunan xüsusi çağırış kodları bu uçuşun sadə bir təlim uçuşu olmadığını göstərib.
Bu təyyarə, nüvə partlayışlarına və elektromaqnit hücumlara qarşı davamlıdır:
111 nəfərlik heyət tutumu varHavada yanacaqla təchiz oluna bilir 35 saatdan çox fasiləsiz uça bilir.
Əlavə olaraq, bu təyyarədə yerləşdirilmiş inkişaf etmiş rabitə sistemləri vasitəsilə dünyanın istənilən lideri ilə ani və təhlükəsiz əlaqə qurmaq mümkündür.
Təyyarənin Vaşinqton ətrafına gətirilməsi ABŞ-ın İrana qarşı hərbi müdaxiləyə hazırlaşdığı iddialarını gücləndirib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bölgəyə əlavə hərbi qüvvələrin göndərildiyini təsdiqləyib, lakin bu qüvvələrin yalnız müdafiə məqsədli olduğunu vurğulayıb.
Xatırladaq ki, Trampın son açıqlamasında İranın dini liderinin harada gizləndiyini bilirik deməsi isə gərginliyi daha da artırıb.
Hələlik rəsmi bir hücum qərarı açıqlanmasa da, Vaşinqtondakı bu hərəkətlilik diqqət çəkir.
Günel Məlikzadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.