AZ

Qəbələdə yol qəzasında bir nəfər xəsarət alıb

Qəbələdə yol qəzası baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, “Mercedes” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və “KamAZ” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində “Mercedes”in sürücüsü 1993-cü il təvəllüdlü Aqşin İsgəndərov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
35
apa.az

1Mənbələr