AZ

Aİ 1,5 milyard avroluq müdafiə fondu yaradır


Avropa İttifaqı (Aİ) ölkələri 1,5 milyard avro dəyərində müdafiə layihələrinin maliyyələşdirilməsi proqramını təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi diplomatik mənbələrə istinadla məlumat yayıb.  
Mənbələrin sözlərinə görə, komponentlərin ən azı 65%-i Aİ və ya tərəfdaş ölkələrdən alınmalıdır. İstisnalar kritik texnologiyalar üçün nəzərdə tutulub. Yekun təsdiqin bazar ertəsi olacağı gözlənilir.
“Məhdudiyyətlərin tənqid olunmasına baxmayaraq, razılıq əldə olunub. Bəzi ölkələr “Avropadan al” qaydalarının çox sərt olmasından şikayətləniblər”, - mənbələr bildirib.
Digər tərəfdən, fond yenidən silahlanma proqramının birinci mərhələsi olacaq. Rəsmilər bu məbləği “təvazökar” adlandırsalar da, əlavə maliyyələşməni də istisna etmirlər.
Seçilən
20
yeniavaz.com

1Mənbələr