AZ

Alen Simonyan Xocalı caniləri Köçəryan, Sarkisyan və Ohanyanı “yıxdı sürüdü”


Ermənistan Parlamentinin sədriAlen Simonyan parlamentin bu gün keçirilən iclasında Robert Köçəryanın prezident, Serj Sarkisyanının müdafiə naziri, Seyran Ohanyanın isə 1-ci ordu korpusunun komandiri olduğu illəri xatırladıb. "Bu üçü, ümumi bir "buket" idi. Bir əclaf, dəyərsiz adam yeməkxananın girişində dayanıb,yeməyə gələn 18 yaşlı əsgərləri rezin dəyənəklə döyüb", - deyə Simonyan qeyd edib. Onun sözlərinə görə, özünün də “dəyərsiz” adlandırdığı başqa bir zabit isə gecə vaxtı sanki ova çıxıb. "Təsəvvür edin: gecələr əsgərlər yemək paylarınıalmaq üçün Oktemberyana gəlmək istəyiblər və bu əclaf ciplə sanki insan ovuna çıxıb, gənc əsgərləri tutub döyüb.

"Onun üçün bu bir əyləncə idi. "İndi Seyran Ohanyan,Serj Sarkisyan,Robert Köçəryan hardadır?Hansı ki, gurultulu açıqlamalar verməyi çox sevirlər.Qoy gəlib mənə cavab versinlər ki,niyə bizim qaba doğranmış kələm, kartof və şoraba ilə qaynar su töküblər və qaynadıb -qarışdırıblar,əsgərlərə veriblər, uşaqlara yeddi gündə bir dəfə çörək veribilər?... Alen Simonyan əlavə edib ki, "Əgər biz doğrudan da siyasi motivlərlə hərəkət etsəydik, həbsxanalarda yer qalmazdı. Hamınızı ora doldurardıq - yalan danışdığınıza və başqaları üçün işlədiyinizə görə", - deyə o, müxalifətə müraciət edərək qeyd edib. Sonda Simonyan Levon Köçəryan və İşxan Saqatelyanı məhkəmə zalına qayıtmağa çağırıb və deyib: "Burada onlara heç nə olmayacaq. Ən pis halda, özlərini qadınlarıyla müdafiə edəcəklər".

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr