AZ

Millimizin Ukrayna yığması ilə səfər oyununun yeri məlum olub

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

İdman.biz xəbər verir ki, D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq görüş “Tarçinski Arena”da oynanılacaq.

Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, yığmamız Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

İdman.biz

Seçilən
27
8
idman.biz

10Mənbələr