AZ

"ABŞ İranda yeni hakimiyyət görmək istəyir"- Politoloqdan şərh

ABŞ və İsrail artıq İranın mövcud hakimiyyəti ilə ortaq razılığa gələ bilmir. Bu vəziyyət bir neçə dəfə xəbərdarlıq şəklində gündəmə gətirilsə də, nəticə əldə olunmayıb. Hazırda Qərb, xüsusilə də ABŞ, İranda siyasi rejimin dəyişməsində maraqlıdır və bu istiqamətdə ciddi səylər göstərir.

Bu fikirləri politoloq Elnur Ənvəroğlu News365.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, İranın teokratik idarəetmə sistemi daxilində əsas qərarverici şəxs ali dini liderdir və məhz onun hədəfə alınması ABŞ-nin məqsədlərini daha da aydın göstərir:

“Ali dini liderin hədəfə alınması artıq ciddi siyasi mesajdır. ABŞ bununla İran hakimiyyətinə ağır zərbə vurmağa, onları silkələyərək danışıqlara cəlb etməyə çalışır”.

Politoloqun sözlərinə görə, keçmiş ABŞ prezidenti Donald Trampın da Orta Şərq planlarının mərkəzində İran dayanır:

“Trampın regionla bağlı planlarının əsas xəttini İran təşkil edir. Hazırda ABŞ-nin maraqlarına qarşı ən ciddi maneə kimi də İran hakimiyyəti görünür”.

Ənvəroğlu hesab edir ki, bu gedişat yaxın perspektivdə İran-Qərb münasibətlərində daha da kəskinləşən gərginlik yaradacaq

Seçilən
1
news365.az

1Mənbələr