Sea Breeze

“İsrail səması müdafiəsiz qalıb və artıq hər yer onlar üçün təhlükəlidir”.

Oxu.Az-ın “Mehr” agentliyinə istinadən xəbərinə görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) kommünikesində bildirilib.

Məlumata görə, İsrailə 14-cü zərbə dalğası kamikadze-dronlar və strateji raketlər vasitəsilə həyata keçirilib. SEPAH iddia edir ki, bu əməliyyat zamanı xəstəxanalardan birinin yaxınlığında yerləşən İsrail ordusunun komandanlıq və kəşfiyyat mərkəzi yüksək dəqiqliklə vurulub.

“İndi İran İslam Respublikası Silahlı Qüvvələrinin raketlərinin kəşfiyyat imkanları və yüksəkdəqiqlikli uçuş məsafəsi bütün dünyaya bəlli oldu”, – deyə məlumatda qeyd edilib.

Bildirilib ki, İsrail ordusunun hərbçiləri öz bazalarından təxliyə olunublar və hava hücumundan müdafiə sistemlərini İsrail şəhərlərinin mərkəzi hissələrində yerləşdiriblər.

“Ynet” portalı təcili tibbi yardım xidmətlərinə istinadən xəbər verib ki, İran tərəfindən raket hücumu nəticəsində İsraildə azı 65 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağır, ikisinin vəziyyəti orta ağırdır, 42 nəfər yüngül xəsarət alıb, 18 nəfər isə bomba sığınacaqlarına qaçarkən yaralanıb.

ETX
ETX
ETX