ain.az, Baku.ws saytına istinadən bildirir.
Paytaxtın Yasamal rayonunda Akim Abbasov və Abbas Mirzə Şərif küçələrinin kəsişməsindən avtomobillə keçən sürücü çaş-baş qalıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Sürücü bildirib ki, sözügedən ərazidə ağacın budaqları işıqforun qarşısını kəsib. Nəticədə kəsişmədən keçən sürücülər svetafotun işıqlarını son anda görür və cərimələnir.
"Svetoforun işığı ağacın yarpaqlarına görə görünmür və sürücülər sarı, qırmızı işıqda keçirlər. Nəticədə onlara cərimə yazılır. Mən də sarı işıqda keçdim və 100 manat cərimələndim", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinə sorğu ünvanladıq.
Qurumun mətbuat katibi Ömər Xıdırov BAKU.WS-ə açıqlamasında bildirdi ki, NİİM-in əməkdaşları paytaxt yollarında monitorinq aparıblar. Monitorinqlər zamanı görüntüsü məhdudlaşdırılmış 34 yolayırıcında olan svetoforların siyahısı tərtib olunaraq ağacların budanması üçün aidiyyəti dövlət qurumuna göndərilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.