AZ

100 milyon dollarlıq oğurluq... - 7 nəfəri tutublar

100

Los-Anceles şəhər federal prokurorluğu qızıl-zinət əşyaları oğurluğu ilə bağlı aparılan istintaq çərçivəsində 7 nəfərə qarşı ittiham irəli sürüb.

Reyting.az
xəbər verir ki, şübhəlilər 2022-ci ildə bir zirehli maşını hədəf alıb və təxminən 100 milyon dollar dəyərində qızıl, brilyant, zümrüd, yaqut və lüks saatlar oğurlayıblar.

ABŞ-nın Kaliforniya prokurorluğunun açıqlamasına görə, müttəhimlər keçən həftə “beynəlxalq və dövlətlərarası daşımalardan oğurluq” və “bu oğurluğu planlaşdırmaq üçün sui-qəsddə iştirak etmək” kimi maddələrlə ittiham olunublar.

Xatırladaq ki, oğurluq 2022-ci il iyulun 11-də “Brinks” şirkətinə məxsus zirehli yük maşın San-Fransiskodan Los-Ancelesə gedərkən baş verib. Yük maşınında 73 kisə qiymətli əşya olub.

Prokurorluq elan edib ki, soyğunçuluq cinayətində Carlos Victor Mestanza, Jazael Padilla Resto, Pablo Raul Luqo Larroiq, Viktor Hüqo Valensiya Solorzano, Xorxe Enrike Alban, Jeson Nelon Presilla Flores və Eduardo Macias Ibarra adlı şəxslər iştirak ediblər.

Bildirilib ki, bu şəxslərdən 5 nəfəri “ticarətə mane olmaq məqsədi ilə quldurluq”da ittiham olunurlar. Şübhəlilərdən biri olan Padillanın Arizona ştatında növbəti oğurluq hadisəsinə görə hazırda həbsxanada olduğu qeyd edilib.

Federal səlahiyyətlilər, şübhəlilər qrupunun 2022-ci ildə digər böyük oğurluqlarda da iştirak etdiyini bildirir. Həmin il dövlətlərarası nəqliyyat vasitələrindən yüz minlərlə dollar dəyərində “Samsung” markalı elektron məhsullar və 60.000 dollar dəyərində “Apple AirTags”-in oğurlandığı iddia edilir.

ABŞ tarixində ən böyük soyğunçuluq hadisəsi ilə bağlı məhkəmə yaxın həftələrdə başlayacaq.

V. QULİYEV
Seçilən
1
1
reyting.az

2Mənbələr