AZ

MN-in Mətbuat xidmətinin sabiq rəisi, şair Ramiz Məlikov dəfn edilib - Yenilənib

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin sabiq rəisi, şair Ramiz Məlikov (Ramiz Duyğun) dəfn edilib...

Poliqon xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, dostları və Müdafiə Nazirliyinin əməkdaşları iştirak ediblər.

Mərasimdə fəxri qarovul tərəfindən yaylım atəşi açılıb. Ramiz Məlikov “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, o, bu gün səhər saatlarında 87 yaşında vəfat edib.

***

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin sabiq rəisi, şair Ramiz Məlikovla (Ramiz Duyğun) vida mərasimi keçirilib.

Poliqon xəbər verir ki, "Təzəpir" məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, dostları və Müdafiə Nazirliyinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, Ramiz Məlikov bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Poliqon.info

Seçilən
21
5
poliqon.info

8Mənbələr