“Biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını tapmışıq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“Qarabağı itirdiyimiz barədə çox danışırlar. Mən bu məsələ haqqında çox düşünmüşəm. Burada cavab belədir: biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını tapmışıq. Çünki Qarabağ məsələsi Ermənistan müstəqil dövlət olmasın deyə istifadə olunub”. Paşinyan bildirib.