Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) iyun ayı üzrə faiz qərarını açıqlayıb.
Marja xəbər verir ki, Bank uçot dərəcəsini dəyişməyərək 46 faiz səviyyəsində saxlayıb.
Bankın İdarə Heyəti Mərkəzi Bankın bir gecəlik borcvermə dərəcəsini 49 faiz, bir gecəlik borclanma faizini isə 44,5 faiz səviyyəsində saxlayıb.
İqtisadçılar da TCMB-nin faizini 46 faiz səviyyəsində sabit saxlayacağını gözləyirdilər.
TCMB aprel ayında uçot dərəcəsini 42,5 faizdən 46 faizə qaldırmağa qərar vermişdi. İdarə Heyəti bir gecəlik borcvermə faizini 46 faizdən 49 faizə, bir gecəlik borclanma faizini isə 41 faizdən 44,5 faizə qaldırmışdı.