AZ

İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 21-22-də İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirlərinin 51-ci Xüsusi Sessiyasında iştirak edəcək.

Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, sessiyanın gündəmində əsas mövzu İsrailin İrana son hücumları olacaq.

Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan sessiyada açılış nitqi ilə çıxış edərək İslam dünyasını regionda sabitliyi pozan hərəkətlərə qarşı birləşməyə çağıracaq.

Sessiyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış edəcək.

Gülşən Şərif

Seçilən
4
bakivaxti.az

1Mənbələr