AZ

Məhkəmə qohumunu qətlə yetirən gözdən əlil şəxsə ağır cəza verdi

Bakıda uzaq qohumunu qətlə yetirməkdə təqsirləndirilən görmə məhdudiyyətli Qulu Abbasovun cinayət işinin yekun məhkəmə iclası olub.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vuqar Seyidovun sədrliyi ilə keçirilən son iclasda prokuror ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənin 17 il azadlıqdan məhrum edilməsini istəyib.

Müşavirədən sonra hakim hökmü elan edərək Qulu Abbasov 15 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Qaradağ rayonunun ərazisində baş verib.

Qulu Abbasov qohumu Xanlar Əmirovu onu təhqir etdiyi üçün bıçaqla qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Seymur Əli

Seçilən
1
2
unikal.az

3Mənbələr