AZ

Bakıda qohumu öldürən gözdən əlilə hökm oxundu

BAKI, 19 iyun. TELEQRAF
Bakıda uzaq qohumunu qətlə yetirməkdə təqsirləndirilən Qulu Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vuqar Seyidovin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.
O, Qulu Abbasovun 17 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini istəyib
Daha sonra təqsirləndirilən şəxsin vəkili çıxış edib. Vəkil müvəkkilin əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsi istəyib. Vəkil Quli Abbasovun gözdən əlil olmasının nəzərə alınmasını xahiş edib. O, müvəkkilinə ən aşağı həddə cəza verilməsini istəyib.
Daha sonra təqsirləndirilən şəxs son söz deyib. Sonra hakimlər son söz demək üçün müşavirəyə yollanıblar. Müşavirədən sonra hökm elan edilib.
Hökmdə əsasən Qulu Abbasov 15il müddətinə azadlıqdan mərhum edilib.
İttihama görə, qətl hadisəsi Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.
İstintaqla müəyyən edilib ki, 43 yaşlı Qulu Abbasov mübahisə zəminində 41 yaşlı qonşusu Xanlar Əmirovu bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.
Qeyd edək ki, Quli Abbasov görmə məhdudiyyətli gözdən əlildir.
Qeyd edək ki, Qulu Abbasov barəsində Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qulu Abbasov ifadəsində bildirib ki, hadisə 5 il əvvəl, mərhum Xanlar Əmirov onun görmə məhdudiyyətli olmağından sui-istifadə edərək ailəsinin qadın üzvlərindən birinə qarşı qeyri-etik hərəkət etməsi olub.
Məsələ ilə bağlı Qulu Abbasov Xanlar Əmirovla bir neçə dəfə mübahisə etsə də, onun əmisi oğlu tərəfindən müdaxilə olunduğundan insidentin qarşısı alınıb.
Tərəflər arasındakı sonuncu qanlı insident isə Qulu Abbasovun qonşusu olan Taleh adlı şəxsin evində baş verib. Təqsirləndirən şəxs ifadəsində bildirib: "Qonşum Talehlə süfrə arxasındaydıq, spirtli içki də qəbul etmişdik. Söhbət əsnasında Xanların da ora gələcəyini eşitdim. Gözlərim görməsə də Talehin evindəki masanın üstündəki qutuda həmişə bir neçə bıçaq oldugunu bilirdim. Fürsət edib bıçaqlardan ikisini götürüb köynəyimin qollarında gizlətdim".
Hadisənin baş vermə anına gəlincə isə, təqsirləndirilən bildirib ki, bu ilk olaraq Xanlar Əmirovun ona sataşmasından sonra olub. Qulu Xanlara iki dəfə bıçaqla xəsarət yetirərək öldürüb.
Qulu Abbasov bundan sonra DİN-in "102 " qaynar xəttinə zəng edərək törətdiyi hadisə ilə bağlı məlumat verib.
Qeyd edək ki, qətlə yetirilən Xanlar Əmirov əvvəllər qəsdən adam öldürdüyünə görə məhkum olunub.
Qulu Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
2
teleqraf.com

1Mənbələr