Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ Hərbi Hava Qüvvələrinin bütün təyyarələri Qətərdə yerləşən "Əl-Üdeyd" aviabazasını tərk edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının "Arab News" nəşri məlumat yayıb.
Qeyd edək ki, İranın cənubunda, Fars körfəzi sahilində yerləşən "Əl-Üdeyd" bazası ABŞ-nin regiondakı ən iri hərbi hava bazası sayılırdı.
Orada azı 30 hərbi təyyarə, o cümlədən qırıcılar, kəşfiyyat təyyarələri, pilotsuz uçuş aparatları, nəqliyyat və yanacaq doldurma təyyarələri yerləşdirilmişdi.
ABŞ-nin Qətərdəki səfirliyi bu gün amerikalı diplomatların bazaya səfərinə məhdudiyyət qoyub.
Bundan əvvəl "Associated Press" peyk görüntülərinə istinadən məlumat vermişdi ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri də Bəhreyndəkı bazanı tərk ediblər. Bəhreyn Fars körfəzində, İranın cənubunda yerləşir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.