Bahalı həyat tərzi ilə diqqət çəkən azərbaycanlı məşhurlar zaman-zaman yeni aldıqları, bahalı avtomobillərlə gündəm olurlar. Onların maşınlarının qiyməti əsasən 50-400 min AZN aralığında dəyişir. Son zamanlar isə sənətçilər arasında yeni maşın almaq tendensiyası artıb. Onlar bir-birinin ardınca özlərinə yeni lüks avtomobillər alırlar.
Referans baku.ws-ə istinadən onların siyahısını təqdim edir:
Vəfa şou-biznesdə ən bahalı maşın sürən müğənnilərdəndir desək yerinə düşər. O 400 000 AZN-lik qara rəgli "Gelendewagen" markalı maşın sürür. Avtomobilin "10TV100" bahalı nömrə nişanı da var.
![]()
Hazırda sənətçi 9-cu avtombilini idarə edir. Onun qiyməti 120 000 AZN-dir. Müğənni qara rəngli "Range Rover" sürür.
![]()
Günay bir neçə gün əvvəl özünə lüks və yeni model avtomobil alıb. Sənətçinin qara rəngli yeni maşınının qiymətinin 100 000 AZN-ə yaxın olduğu bildirilir.
![]()
Sənətçi avtomobilini təxminən iki ay əvvəl yeniləyib. O açıq yaşıl rəngli "Jetour T2" maşını alıb.
Sözügedən avtomobilin Azərbaycandakı qiyməti 50 000 AZN-dir.
![]()
Müğənni Rüfət Axundov da təmtəraqlı həyatı ilə gündəmə gələn müğənnilərdəndir. O bəzən sosial şəbəkə hesabında idarə etdiyi lüks avtomobillərin fotolarını paylaşır. O daha çox "Bentley", "Gelendewagen", "Range Rover" kimi bahalı marka maşınlara üstünlük verir.
![]()
![]()
Sənətçinin bahalı "Range Rover" markalı avtomobili var. Onun ağ rəngli maşının qiymətinin 350 000 AZN olduğu bildirilib.
![]()
Şəbnəm Qəhrəmanova isə verilişlərdən birində özünə 185 000 AZN-lik lüks avtomobil sifariş etdiyini deyib.
![]()