Türkiyənin Adana şəhərinin Çukurova rayonunda naməlum səbəbdən meşə yanğını baş verib.
Xalqcəbhəsi.az “Haber Global”a istinadən bildirir ki, alovu görənlər vəziyyəti Təcili Yardıma bildiriblər. Xəbərdarlıq əsasında əraziyə vertolyot, çox sayda su tankerləri və Meşə Təsərrüfatı Müdirliyinin yanğınsöndürən işçiləri göndərilib. Qruplar yanğını nəzarət altına almaq və yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq üçün işə başlayıb.
Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.