AZ

Ən bahalı ölkə məlum oldu

Türkiyə Statistika Təşkilatı (TÜİK) 2024-cü ilə aid “Alıcılıq Gücü Pariteti, Ev Təsərrüfatlarının Son İstehlak Xərcləri” nəticələrini açıqlayıb.

News24.az xəbər verir ki, buna görə, qiymət səviyyəsi indeksi ölkələrin milli valyutalarının döviz məzənnəsinə görə müqayisəli alıcılıq gücünü göstərir. Əgər bir ölkənin qiymət səviyyəsi indeksi 100-dən böyükdürsə, həmin ölkə müqayisə olunan ölkə qrupunun orta göstəricisinə görə “bahalı”, 100-dən kiçikdirsə “ucuz” sayılır.

Ən bahalı və ən ucuz ölkələri təqdim edirik.

Ən bahalı 5 ölkə:

1. İsveçrə (174)

2. İslandiya (162)

3. Danimarka (143)

4. İrlandiya (133)

5. Lüksemburq (124)

Ən ucuz 5 ölkə:

1. Türkiyə (53)

2. Şimali Makedoniya (55)

3. Bolqarıstan (58)

4. Bosniya-Herseqovina (60)

5. Monteneqro (63)


Günel Məlikzadə

Seçilən
1
news24.az

1Mənbələr