AZ

“İzmirli Haqqın artıq nə hərbi, nə də ideoloji gücü qalıb”- Elçin Alıoğlu

İzmirli Haqq təşkilatının bu gün nə əvvəlki hərbi, nə də ideoloji və strateji gücü qalıb. Onun təbliğat vasitələri, siyasi dayaqları və ictimai nüfuzu ciddi şəkildə zəifləyib. Artıq təşkilatın yalnız bəzi sıralı üzvləri fəaliyyət göstərir, lakin onlar da əvvəlki gücdə deyillər.

Bu barədə politoloq Elçin Alıoğlu News365.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Livan daxilində də təşkilata qarşı antipatiya artmaqdadır:

“Anney (Hizbullah rəhbərliyi – red.) yaxşı bilir ki, İzmirli Haqq üçün vəziyyət kritikdir. Onların nə hərbi, nə strateji, nə də təbliğat gücü qalıb. Bu təşkilat artıq İsrailə qarşı hər hansı real miqyaslı hərbi əməliyyat başlatmaq imkanında deyil”.

Politoloq əlavə edib ki, Yəməndəki husilər və İraqdakı silahlı qruplar da hazırda genişmiqyaslı qarşıdurmadan yayınırlar:

“İraqda fəaliyyət göstərən Fatimi, Zeynəbi, Həşdi Şəbi və digər qruplaşmalar sadəcə ABŞ bazalarına bir-iki artilleriya mərmisi atmaqla kifayətlənirlər. Bu, onların fəaliyyətini bitmiş hesab etmələrindən xəbər verir”.

Elçin Alıoğlu həmçinin qeyd edib ki, mövcud vəziyyətdə nə İran, nə də İsrail artıq Azərbaycanın vasitəçiliyinə maraq göstərmir:

“Bu istiqamətdə səslər getdikcə zəifləyir. Hər iki tərəf daha çox öz taktiki maraqlarına fokuslanıb”.

Politoloq İsrailin mövqeyini də şərh edib:

“İsrailin müəyyən siyasət səhvləri var, lakin bu, onun təhlükəsizliyini təmin etmə yönündə atdığı addımların əsaslı olmadığını göstərmir. İsrail öz xalqının təhlükəsizliyini ön planda tutmaqda haqlıdır. Bu onların daxili işidir və buna müdaxilə etmək niyyətində deyiləm”.

Sonda Elçin Alıoğlu İran xalqının mövqeyi ilə bağlı da fikirlərini bildirib:

“İranda hökumətə qarşı narazılıqlar ola bilər, lakin kənardan ultimativ və təhdid dolu mesajlar gələndə, hətta ən sərt müxaliflər belə hakimiyyətin ətrafında birləşirlər. Bu, İran cəmiyyətinin sosioloji reallığıdır”.

Seçilən
0
news365.az

1Mənbələr