AZ

İran təsdiqlədi - sabah Cenevrədə Avropa ölkələri ilə danışıqlar aparılacaq...


İran iyunun 20-də Avropanın üç ölkəsi ilə Cenevrədə danışıqlar aparılacağını təsdiqləyib.

İranın xarici işlər naziri Abbas Ərağçinin sözlərinə görə, danışıqlar Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri İohan Vadeful, Jan-Noel Barro və Devid Lamminin iştirakı ilə keçiriləcək. O, qeyd edib ki, danışıqlarda Avropa Komissiyasının nümayəndəsi Kaya Kallas da iştirak edəcək.

İddialara görə, görüşün əsas gündəm bəndləri İranın nüvə proqramı və Yaxın Şərqdə artan gərginlik olacaq.

Görüş diplomatik dairələrdə bölgədə gərginliyin azaldılması istiqamətində kritik addım kimi dəyərləndirilir.

TAHİR

Seçilən
2
baki-xeber.com

1Mənbələr